"Barselona"nın futbolçusu Ferran Torres İngiltərə Premyer Liqasına qayıtmağa yaxındır.
Sportal.az xəbər verir ki, "Aston Villa" ispan vingeri transfer etmək istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
"Aston Villa" Ferran üçün "Barselona" ilə danışıqlara başlayacaq. İngiltərə klubu 25 yaşlı ön xətt oyunçusu üçün 50 milyon avro təklif edəcək.
Qeyd edək ki, "Barselona" Ferran Torresi 2022-ci ilin yanvar ayında "Mançester Siti"dən transfer edib. İspaniya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi