Azərbaycan yığmasında oynamış futbolçu Türkiyə klubu ilə müqavilə imzaladı

15:48 - 18 May 2025

Azərbaycanın U-17, U-19 və U-21 yığmasının sabiq üzvü Barış Ekincier “Ümraniyespor”dan ayrılmayıb.

Sportal.az xəbər verir ki, Türkiyənin 1-ci liqa klubu 26 yaşlı yarımmüdafiəçi ilə yeni şərtlərlə müqavilə imzalayıb.

Yeni müqaviləyə əsasən, Ekincier 2026-cı il iyunun 30-na qədər “Ümraniyespor”a məxsus olacaq.  O, bu mövsüm 28 matçda 4 qol vurub və 2 asist edib.

Ekincier "Bohum", "Austriya Klagenfurt", "Valdhof Manhaym", "Şanlıurfaspor" komandalarında oynayıb.
 

Xəbər xətti