Rusiya klubunun üzvü Azərbaycan yığmasında oynayacaq

20:22 - 18 May 2025

Rusiya klubunun futbolçusu Sadiq Baqıyev Azərbaycan yığmasına cəlb ediləcək.

Sportal.az saytına verilən məlumata görə, “SKA-Xabarovsk”da çıxış edən 21 yaşlı yarımmüdafiəçi Azərbaycanın U-21 yığmasının növbəti toplanışına cəlb ediləcək.

Belə ki, Ayxan Abbasov onu sərəncamında görmək istəyib. Baqiyev “Kuban”, “Spartak”(Tambov), “Kuban-Holdinq” klublarında oynadıqdan sonra 2024-cü il sentyabr ayında “SKA-Xabarovsk”la 3 illik müqavilə imzalayıb.

Xəbər xətti