Bu gün Misli Premyer Liqasında XXXV tura yekun vurulub.
Sportal.az xəbər verir ki doğma meydanda "Səbail"i qəbul edən "Neftçi" 3 cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, sona 1 tur qalmış "Neftçi" 43 xalla 6-cı, "Səbail" isə 22 xalla sonuncudur.
Misli Premyer Liqası
XXXV tur
“Neftçi” – “Səbail” 3:0
Qollar: Darbo 1, Salyanski 25, Əlirza Müştəbəzadə 79 (avtoqol)
Baş hakim: Nicat İsmayıllı
Neftçi Arena