"Mançester Siti" "Milan"ım yarımmüdafiəçisi Ticani Reyndersi transfer etmək istəyir.
Sportal.az xəbər verir ki, İngiltərə klubu niderlandlı yarımmüdafiəçi ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Reynders Pep Qvardiolanın rəhbərliyi altında oynamağı arzulayr.
"Mançester Siti" transferlə bağlı "Milan"la danışıqlara davam etdirir. Keçidin 50 milyon avro və bonuslarla yekunlaşacağı bildirilir.
Qeyd edək ki, "Milan" Ticani Reyndersi 2023-cü ilin yayında "AZ Alkmar"dan ransfer edib. Niderland millisinin üzvü olan 26 yaşlı futbolçu bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi