Millimizin baş məşqçisi: "Komandamız dünya çempionatına tam hazırdır"

18:56 - 19 May 2025

Minifutbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyev Bakıda keçiriləcək dünya çempionatından öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, mütəxəssis yığma komandaya mundiala hazırlaşmaq üçün yaxşı şərait yaradıldığını bildirib:

"Federasiya bizim üçün hər cür şərait yaradıb. Biz də yaxşı hazırlaşmışıq. Komandamız tam hazırdır. Evdə oynamağın yükü ağırdır. Məsuliyyət ikiqat olur. Hər şey birinci oyundan asılıdır. Yaxşı start demək olar ki, dünya çempionatında daha uzağa getmək üçün vacib rol oynayacaq".

Elşad Quliyev 2023-cü ildə BƏƏ-də keçirilən dünya çempionat haqda danışıb. Baş məşqçi komandanın həmin turnirdə psixoloji cəhətdən zəif olmadığını deyib:

"Deməzdim ki, DÇ-də psixoloji tərəfdən uduzduq. Belə demək doğru olmazdı. Dünya çempionatında ilk dəfə iştirak etsək də, yaxşı hazırlaşmışdıq. Futbol səhvlərin üzərində qurulan oyundur. Fərdi səhvlərdən finala çıxa bilmədik. İki il keçib. Bunun üzərində çalışmışıq ki, səhvlər azalsın. Səhvlərin azalması yaxşı nəticə qazanmağımıza kömək edəcək. Psixoloji tərəfdən də hazırıq. BƏƏ-də də hazır idik. Udduğumuz matçı uduzduq".

Mirbağırağa

Xəbər xətti