Milli komandamızın müdafiəçisi rəmzi heyətə daxil edildi - FOTO

16:14 - 20 May 2025

Qadınlardan ibarət Azərbaycan milli komandasının və Rusiyanın “Zenit” klubunun müdafiəçisi Nigar Mirzəliyeva Superliqanın 10-cu turunun rəmzi komandasına daxil edilib.

Sportal.az xəbər verir ki, bu barədə turnirin sosial şəbəkələrində məlumat verilib.

Onu da əlavə edək ki, Mirzəliyeva “Zvezda-2005”lə (1:0) oyunda 90 dəqiqə meydanda olub.

Nigar əvvəllər də 8-ci turun rəmzi komandasına daxil edilmişdi.

Xəbər xətti