UEFA-nın rəsmi saytı Avropa Liqasının cari mövsümünün ən yaxşı 10 oyununun siyahısını tərtib edib.
Sportal.az UEFA-ya istinadən xəbər verir ki, bu siyahıya turnirin əsas mərhələsinin 7-ci turunun “Qarabağ” - FKSB arasında Bakıda keçirilmiş görüşü də əlavə olunub:
“Leandro Andrade 60-cı saniyədə meydan sahiblərini önə keçirdi. Lakin 7-ci dəqiqədə Adrian Şut hesabı bərabərləşdirdi. O, sonda üçüncü qolu da vuraraq komandasına Bakıda qələbə qazandırdı. Bu nəticə rumınlara Avropa Liqasında pley-off mərhələsinə çıxmağına kömək etdi”.
saytlarin hazirlanmasi