Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını ölkə xaricində davam etdirə bilər.
Sportal.az saytına verilən məlumata görə, 30 yaşlı qolkiperə Rusiya Premyer Liqasından 2 klub maraq göstərir.
Hər iki klub Şahruddini heyətində görmək üçün mübarizəyə də girib. Məhəmmədəliyevin hansı qərarı verəcəyi isə hələ ki bəlli deyil.
Şahruddinin “Qarabağ”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Şahdağ-Qusar”, “Sumqayıt”, “Adana Demirspor” klublarında çıxış edib.