Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, toplantıda I Liqanın XXVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
16.05.2025-ci il tarixində I Liqada XXVI turun “İmişli” – “Baku Sporting” oyununun 71-ci dəqiqəsində “Baku Sporting” klubunun 20 nömrəli futbolçusu Əli Mürsəlov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Baku Sporting” klubu 50 manat cərimə edilsin (maddə 36.5);
16.05.2025-ci il tarixində I Liqada XXVI turun “İmişli” – “Baku Sporting” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilsin (maddə 51.2);
16.05.2025-ci il tarixində I Liqada XXVI turun “İmişli” – “Baku Sporting” oyununda “Zona A”da akkreditasiyası olmayan şəxslər olduğuna görə “İmişli” klubu 50 manat cərimə edilsin (maddə 51.8);
16.05.2025-ci il tarixində I Liqada XXVI turun MOİK – “Mingəçevir” oyununda MOİK klubunda 6 nəfər sarı vərəqə aldığı üçün MOİK klubu 70 manat cərimə edilsin (maddə 37);
16.05.2025-ci il tarixində I Liqada XXVI turun MOİK – “Mingəçevir” oyunu bitdikdən sonra “Mingəçevir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Mingəçevir” klubu 150 manat cərimə edilsin (maddə 52.2);
16.05.2025-ci il tarixində I Liqada XXVI turun “Karvan” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunda 4 nəfər sarı vərəqə aldığı üçün “Qaradağ Lökbatan” klubu 70 manat cərimə edilsin (maddə 37);
16.05.2025-ci il tarixində I Liqada XXVI turun “Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra “Qaradağ Lökbatan” klubunun məşqçisi Amit Quluzadə hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalansın, “Qaradağ Lökbatan” klubu 400 manat cərimə edilsin (maddə 43.4);
16.05.2025-ci il tarixində I Liqada XXVI turun “Karvan” – “Qaradağ Lökbatan” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilsin (maddə 70.1);
16.05.2025-ci il tarixində I Liqada XXVI turun “Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilsin (maddə 51.2);
saytlarin hazirlanmasi