“Turan-Tovuz”un müdafiəçisi Denis Marandiçinin ağır zədədən sonra qayıtması təxirə salınıb.
Sportal.az xəbər verir ki, Moldova millisinin üzvü Misli Premyer Liqasında mövsümün son turlarına qədər komandaya geri qayıtmalı idi. Lakin onun reabilitasiyası uzun çəkib.
28 yaşlı futbolçu yalnız yeni mövsüm üçün komandada yer alacaq.
Qeyd edək ki, Marandiçi Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Sabah”la görüşündə (2:2, penaltilər üzrə 1:3) ciddi zədə almışdı. O, Pavol Şafranko ilə mübarizə zamanı ayağı sınmışdı.