“Qalatasaray”ın sabiq baş məşqçisi Domenek Torrent özünə yeni iş yeri tapıb.
Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Xosep Qvardiolanın sabiq köməkçisi Meksikada çalışacaq.
O, bu ölkənin “Monterrey” klubuna baş məşqçi təyin olunub.
Kataloniyalı mütəxəssis və heyəti yayda baş tutacaq klublararası dünya çempionatının hazırlığına başlayacaq.
Torrent “Barselona”nın ikinci komandası, həmçinin əsas komandasında Xosep Qvardiolanın köməkçisi olub. 62 yaşlı mütəxəssis “Nyu-York Siti”, “Flamenqo”, “Qalatasaray”, “Atletiko San-Luis” klublarını çalışdırıb.
saytlarin hazirlanmasi