"Qalatasaray" Türkiyə millisinin üzvü ilə müqavilə imzalayacaq

18:53 - 23 May 2025

"Qalatasaray" müqaviləsi gələn il başa çatan Yunus Akgünlə razılığa gələ bilib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi türk futbolçunun sözləşməsinin müddətini uzadacaq. Bu barədə yerli mətbuat məlumat yayıb. Yaxın günlərdə rəsmi açıqlama ediləcək.

Yunus Akgünlə 2029/2030 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə  imzalanacaq. 24 yaşlı vingerin illik maaşı 2,3 milyon avro oolacaq.

Qeyd edək ki, Yunus Akgün "Qalatasaray" akademiyasının yetirməsidir. Türkiyə millisinin də üzvü olan futbolçubu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 44 rəsmi matçda  12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti