"Mançester Yunayted" 3 futbolçunun satışından 90 milyon funt-sterlinq gəlir əldə edə bilər

00:28 - 24 May 2025

"Mançester Yunayted" icarəyə verdiyi futbolçuların satışından gəlir əldə etmək istəyir.

Sportal.az xəbər verir ki, "The Telegraph"ın məlumatına görə, klub Markus Reşford, Ceydon Sanço və Antoninin satışından ümumilikdə təxminən 90 milyon funt sterlinq qazanmağı planlaşdırır.

Markus Reşford bu qış "Aston Villa"ya icarəyə verilib.

Antoni isə "Betis"də çıxış edir.

Ceydon Sanço cari mövsümün əvvəlindən "Çelsi"nin heyətindədir. London klubu onu 20–25 milyon funt müqabilində almağa borcludur, lakin 5 milyon funt təzminat ödəyərək bu öhdəlikdən imtina edə bilər.

Klub bu transferlərlə həm büdcəyə maliyyə vəsaiti əlavə etməyə, həm də heyəti yenidən qurmağa çalışır.

Xəbər xətti