"Barselona"dan Rafinya qərarı - RƏSMİ

21:28 - 22 May 2025

"Barselona" Rafinyanın müqaviləsinin müddətini uzadıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı vingerlə 2028-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, "Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib.  Braziliya millisinin üzvü olan 28 yaşlı futbolçu bu mövsüm Kataloniya təmsilçisinin heyətində  meydana çıxdığı 56 rəsmi matçda 34 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti