"Lion"un futbolçusu "Mançester Siti"yə keçir

17:14 - 9 İyun 2025

"Lion"un futbolçusu Rayan Çerki karyerasını İngiltərədə davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Mançester Siti" fransalı vingerin keçidini həll edib. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Arıq klublar arasında anlaşma əldə olunub. İngiltərə klubu Çerki üçün "Lion"a 40 milyon avro təzminat ödəyəcək. 21 yaşlı futbolçu tibbi müayyinədən keçdikdən sonra "Mançester Siti" ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Rayan Çerki "Lion"un yetirməsidir. Fransa millisinin üzvü ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda  12 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti