"Sabah" klubunun akademiyası bu günə qədər yerləşdiyi ASK Arenadan çıxır. Həmin stadion ölkəmizdə yeni fəaliyyətə başlayacaq "Barselona" akademiyasına veriləcək.
Sportal.az saytının əldə etdiyi məlumata görə, "Sabah"ın akademiyası Bayıla köçür. "Səbail" Premyer Liqada yerini itirəndən sonra akademiyanın fəaliyyəti dayandırılıb. Bu amil nəzərə alınaraq, boş qalan arena "Sabah"ın ixtiyarına verilib. Yeri gəlmişkən, bu mövsümdən I Liqada çıxış edən "Səbail"lə bağlı məsələ hələ də açıq qalır. Ola bilər ki, onlara burada məşq etmək və oyun keçirmək şəraiti yaradılsın.
Qeyd edək ki, Bayıl stadionu AFFA-nın balansındadır. "Səbail" neçə ildir ki, burada icarədar kimi məskunlaşıb.
saytlarin hazirlanmasi