Türkiyə klubu İspaniya millisinin sabiq üzvü ilə danışıq aparacaq

19:37 - 22 Sentyabr 2025

İspaniya millisinin sabiq üzvü Serxio Buskets karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı futbolçuya Superliqa klublarından təklif gəlib.

Xüsusən də, “Başakşəhər” ispan yarımmüdafiəçi üçün danışıqlara start verib. Onun “İnter Mayami” ilə müqavilə müddəti 2025-ci il dekabrın 31-nə qədərdir.

Türkiyə çempionu qışda Busketsin keçidini həll etməyə çalışacaq. “Barselona”nın sabiq futbolçusu 2023-cü ildə ABŞ klubuna keçmişdi.

Xəbər xətti