"Bavariya"nın futbolçusuna 3 oyunluq cəza - UEFA-ya şikayət ediləcək

23:16 - 21 Noyabr 2025

Luis Dias Çempionlar Liqasında "Bavariya"nın üç oyununu buraxmalı olacaq.

Sportal.az xəbər verir ki, Münhen klubunun cinah hücumçusu PSJ-nin müdafiəçisi Əşrəf Hakimiyə qarşı kobud oynadığı üçün ÇL matçının ilk hissəsinin sonunda qırmızı vərəqə almışdı. Mərakeşli futbolçu aldığı zədəyə görə iki ayadək meydandan uzaq qalacaq.

UEFA Diası üç oyunluq diskvalifikasiya edib. O, "Arsenal", "Sportinq" və "Union"la keçiriləcək matçlarda iştirak etməyəcək. "Bavariya" qərarın yazılı izahını tələb edib və onu apellyasiya etmək niyyətindədir.

Bundan əvvəl münhenlilərin baş məşqçisi Vensan Kompani kolumbiyalı futbolçunun yalnız "Arsenal"la oyunu buraxacağına əminliyini ifadə etmişdi.

Xəbər xətti