"Kubokun finalından əvvəl hakimlər "Real"ı hədələyirdilər" - Florentino Peres

22:05 - 23 Noyabr 2025

“Real”ın prezidenti Florentino Peres ötən mövsüm İspaniya Kubokunun “Barselona”ya qarşı finalı (2:3) ərəfəsində hakimlər tərəfindən kluba yönələn hədələrdən danışıb.

Sportal.az xəbər verir ki, Peresin açıqlaması futbol ictimaiyyətində maraqla qarşılanıb:

 “Real” (“Neqreyra işi” üzrə) məhkəmə prosesində tərəf kimi çıxış edən yeganə klubdur. “Barselona”nın dörd prezidenti 17 il ərzində Hakimlər Komitəsinin vitse-prezidentinə milyonlarla avro ödənişlər ediblər. Dəyişikliklər baş verdi və CTA-nın (Texniki Hakimlər Komitəsi) yeni prezidenti Fran Soto səhifəni çevirməyi xahiş etdi. O istəyir ki, biz Neqreyra işini unudaq. Kim onu unudacaq? Reallıq budur ki, Neqreyra işi ilə bağlı hakimlərin əksəriyyəti hələ də ordadır…

Bu, onların neytral fəaliyyət göstərməsinə imkan verməyən bir vəziyyətdir. Necə ola bilər ki, Kubok finalından bir gün əvvəl matçın hakimi "klubumuza qarşı tədbirlər görəcəyik" deyə hədələsin? O, kənarlaşdırılmalı idi, amma bu yöndə heç bir tədbir görülmədi”. 

Xəbər xətti