Adı "Neftçi" ilə hallanan baş məşqçi ölkədən çıxa bilməz - SƏBƏB

19:57 - 24 Noyabr 2025

Samir Abasovun "Neftçi"dən ayrılmasından sonra paytaxt təmsilçisinin "sükanı arxası"na Yuri Vernidubun keçəcəyi ilə bağlı xəbərlər yayılıb.

Sportal.az xəbər verir ki, bu təyinatın gerçəkləşməsi qeyri-mümkündür.

Belə ki, Ukrayna Rusiya ilə müharibə şəraitinə görə 60 yaşadək kişilərin ölkədən çıxışına qadağa qoyub. 59 yaşlı Vernidub da məhz bu səbəbdən Bolqarıstan, Polşa və Qazaxıstan klublarından aldığı təklifləri geri çevirmək məcbruriyyətində qalıb.

Qeyd edək ki, Yuri Vernidubun 60 yaşı gələn il yanvarın 22-də tamam olacaq. "Neftçi"nin də bu tarixə qədər Vernidubu gözləyəcəyi inandırıcı deyil. Təcrübəli mütəxəssis daha əvvəl vətənində "Metallurq", "Zarya", "Krivbass", Belarusda "Şaxtyor", Moldova da isə "Şerif"in baş məşqçisi olub. (Teleqraf.az)

Xəbər xətti