Azər Həşimov "Karvan-Yevlax"ın baş məşqçi postundan istefa verməyib.
Sportal.az xəbər verir ki, o, mövsümün sonuna qədər işinin öhdəsindən gələ biləcəyini düşünür:
"Mən istefa verməmişəm. "Karvan-Yevlax"la maya qədər müqaviləm var. Bu məsələ ilə bağlı rəhbərliklə görüşmək, müzakirələr etmək, daha sonra qərar vermək lazımdır. Mövsümün sonuna qədər işimin öhdəsindən gələ biləcəyimi düşünürəm".
Qeyd edək ki, "Karvan-Yevlax" hazırda 5 xalla turnir cədvəlinin sonuncu - 12-ci pilləsində yer alıb.(Report.az)
saytlarin hazirlanmasi
