"Meydanda yalnız tanınmış adlar var idi, komanda yox"

18:18 - 26 Noyabr 2025

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun baş məşqçisi Serjiu Konseysau Asiya Çempionlar Liqasındakı səfər məğlubiyyətindən sonra komandasının çıxışı barədə tənqidi fikirlərini gizlətməyib.

Sportal.az xəbər verir ki, onun komandası Qətərin “Əl-Duhail” klubuna 2:4 hesabı ilə uduzub. Portuqaliyalı mütəxəssisin çalışdırdığı komanda oyunda 0:4 hesabı ilə geridə olsa da, son dəqiqələrdə iki top vuraraq fərqi azalda bilib.

Konseysan matçdan sonrakı mətbuat konfransında dərin məyusluğunu ifadə edib:

“Meydanda yalnız tanınmış adlar var idi, komanda yox. Karyeramda belə bir şey ilk dəfədir baş verir. Mən 51 yaşındayam və hələ də bu gün oyunçularımın göstərdiyi tempdə qaça bilərəm. Ümid edirəm ki, azarkeşlər bu çıxışı bizə bağışlayacaqlar. Deyə biləcəyim yalnız budur”.

Xəbər xətti