"Turan Tovuz"un legioneri: "Çempionluq şanslarımızın olduğunu düşünürəm"

13:49 - 27 Noyabr 2025

"Turan Tovuz"un müdafiəçisi Hayderson Hurtado Sportal.az saytına açıqlama verib. 

Tovuz təmsilçisi Misli Premyer Liqasının 12-ci turunda qarşılaşdıqları "Araz-Naxçıvan"la görüş haqda danışıb: "Araz-Naxçıvan"a qarşı görüş bizim üçün çox çətin oldu. Amma biz ortaya xarakter qoyduq. Bir az daha həvəsli olmalıydıq ki, qalib gələk. İkinci hissədəki kimi oynasaydıq, matçı qalib başa vuracaqdıq. Buna əminəm. Əslində, heç-heçə də yaxşıdır. Amma 3 xal bundan qat-qat yaxşı olardı".

Bölgə klubunun legioneri komandasının turnir cədvəlindəki mövqeyinə münasibət bildirib, həmçinin çempionluq mübarizəsindən bəhs edib:

"Bəli, turnir cədvəlində “Qarabağ"dan 3 xal geri düşmüşük. Lakin zamanımız var. Qarşıda da oyunlar çoxdur. Çempionluq şanslarımızın olduğunu düşünürəm. Lakin indi qarşıdakı oyuna fokuslanmışıq. Növbəti görüş "Neftçi"yə qarşıdır. Öz evimizdə oynayacağıq. Meydana qələbə üçün çıxacağıq. Tovuzda azarkeşlərimizin dəstəyi bizim üçün çox vacibdir. Minimum avrokuboklarda iştirak etmək istəyirik".

Mirbağırağa
 

Xəbər xətti