İspaniyanın "Betis" klubu baaş məşqçi Manuel Pelleqrini ilə yola davam edəcək.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi çilili mütəxəssisin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
72 yaşlı çalışdırıcı ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, Manuel Pelleqrini 2020-ci ilin avqust ayında "Betis"in baş məşqçisi vəzifəsinə təyin olunub.
saytlarin hazirlanmasi
