PSJ "Bavariya" və "Barselona"nın rekordunu təkrarladı - Qitələrarası Kubokunu qazandı

00:17 - 18 Dekabr 2025

PSJ 2025-ci ildə altıncı kuboku qazanıb.

Sportal.az xəbər verir ki, Paris klubu FİFA Qitələrarası Kubokunda "Flamenqo"ya qarşı finalda qələbə qazanaraq (1:1, penaltilərlə 2:1) 1 təqvim ilində ən çox kubok  qazanan 3-cü klub olub. Belə ki, PSJ bir təqvim ilində qazanılan titul sayına görə "Barselona" və "Bavariya"nın rekordunu təkrarlayıb. İspanlar 2009-cu ildə, almanlar isə 2020-ci ildə 6 kubok qazanmışdılar.

Qeyd edək ki, bundan əvvəl PSJ çempionat, Kubok, Fransa Superkuboku, Çempionlar Liqası və UEFA Superkuboku da daxil olmaqla bir neçə titulu qazanmışdılar.

Xəbər xətti