“Barselona”nın prezidenti Xuan Laporta “Real”ın xeyrinə verilən hakim səhvləri ilə bağlı mövqeyini bölüşüb.
Sportal.az xəbər verir ki, Laporta öz açıqlamasında bunları qeyd edib:
"Biz başa düşürük ki, belə hallar baş verə bilər, amma axı həmişə də eyni tərəfin xeyrinə olmaz. Ümid edirik ki, bu, düzəldiləcək, çünki bunlar çox açıq-aşkar epizodlardır. Bunu konstruktiv şəkildə deyirəm, çünki bəzən bizim xeyrimizə də səhvlər buraxırlar."
saytlarin hazirlanmasi
