Azərbaycan millisinin sabiq üzvü Sərtan Taşkının formasını geyindiyi "Serik Belediyyespor" Türkiyə 1-ci liqasında növbəti görüşünü keçirib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçunun komandası "Iğdır"la üz-üzə gəlib.
Bu görüşdə Taşkının komandası rəqibinə 1:3 uduzub.
Meydana start heyətində çıxmış Sərtan 46-cı dəqiqədə əvəzlənib.
"Serik Belediyyespor" 24 turdan sonra 26 xalla 17-ci pillədədir.
saytlarin hazirlanmasi
