"Onlara şöhrət gətirən insana indi hörmət etmirlər" - Ronaldonu müdafiə etdi

14:48 - 9 Fevral 2026

"Real"ın sabiq yarımmüdafiəçisi Toni Kroos “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanındakı vəziyyətinə şərh verib.

Sportal.az xəbər verir ki, alman sabiq futbolçu öz podkastında bildirib ki, Səudiyyə Ərəbistanı liqası Ronaldonun hesabına tanınır:

"Səudiyyə Ərəbistanı Liqası qəribə və bəzən gülməli bir yerdir. Çünki Kriştiano gəlməmişdən əvvəl heç kim onun haqqında eşitməmişdi və indi onlara dünya şöhrəti gətirən insana hörmət etmirlər. Sizə açıq deyim, Ronaldo sabah oradan ayrılsa, artıq heç kim bu liqanı izləməyəcək".

Qeyd edək ki, Kriştiano Ronaldonun "Əl-Nəsr", "Əl-İttihad", "Əl-Hilal" və "Əl-Əhli" klublarına sahib olan Səudiyyə Ərəbistanı investisiya fondunun siyasətindən narazı olduğu bildirilirdi. Mediada yayılan məlumatlara görə, portuqaliyalı "Əl-Nəsr"in bu qış transferlərindən narazıdır.
 

Xəbər xətti