Vinisius Junior psixoloji problemlərlə üzləşən Ronald Arauxoya isti münasibət göstərib.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, 2025-ci ilin sonunda “Barselona”nın müdafiəçisi depressiya ilə mübarizə apararkən “Real”ın vingeri ona zəng edib. Braziliyalı futbolçu uruqvaylının vəziyyəti ilə maraqlanıb, ona dəstək ifadə edib və ruhlandırmağa çalışıb.
Daha əvvəl də bildirilmişdi ki, Vinisius yanvar ayında İspaniya Superkubokunun finalında Arauxo ilə söhbət edib.
saytlarin hazirlanmasi
