"Mbappedə hər şey qaydasındadır, sabah oynaya biləcək" - Arbeloa

22:32 - 13 Fevral 2026

Kilian Mbappenin dizində problem olduğu üçün “Real Sosyedad”la oyunu buraxa biləcəyi barədə yayılan məlumat təsdiqlənməyib.

Sportal.az xəbər verir ki, “Real”ın baş məşqçisi Alvaro Arbeloa öz açıqlamasında hər şeyin qaydasında olduğunu bildirib:

“Mbappenin zədəsi ciddi deyil. O, komanda ilə birlikdə məşq edib və sabahkı oyunda oynamağa hazırdır."

Qeyd edək ki, La Liqanın 24-cü turundakı matç sabah Madriddə keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xəbər xətti