Hans-Diter Flik “Barselona”nın oyun üslubunu dəyişdirməyi planlaşdırmır.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, baş məşqçi hesab edir ki, məhz bu oyun tərzi sayəsində Kataloniya klubu keçən mövsüm 3 titul qazanıb və plan tam şəkildə icra olunarsa, uğuru təkrarlamaq mümkündür. Bu barədə o, futbolçulara bu gün bazadakı toplantıda məlumat verib.
Toplantı təxminən bir saat davam edib və məşqdən əvvəl keçirilib. Flik oyunçulara əvvəlki intensivliklə oynamağa başlamaq lazım olduğunu bildirib və katalonların son oyunlarda etdiyi səhvləri nəzərdən keçirib. Həmçinin, “Barselona”nın rəqib qapısı qarşısında aşağı effektivliyi mövzusu da müzakirə olunub.
Qeyd edək ki, "Barselona"nın növbəti oyunu 22 fevralda “Levante” ilə keçiriləcək.
saytlarin hazirlanmasi
