"Sabah"ın gənclərdən ibarət komandası Çempionlar Liqasında iştirak edəcək

09:48 - 15 Mart 2026

7-12 apreldə Bosniya və Herseqovinanın Laktasi şəhərində keçiriləcək basketbol üzrə gənclərin Çempionlar Liqasında 12 komanda 4 qrupda mübarizə aparacaq.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 4-cü dəfə keçiriləcək liqada ilk dəfə Azərbaycan təmsilçisi iştirakçılar sırasında yer alıb.

Püşkatmanın nəticəsinə əsasən, "Sabah" "B" qrupunda mübarizə aparacaq. Bu qrupda təmsilçimizin rəqibləri "Igokea" (Bosniya və Herseqovina) və "BBA Ludwigsburg" (Almaniya) klubları olacaq.

Reqlamentə əsasən qrup qalibləri mübarizəni yarımfinalda davam etdirəcək.

İkinci yeri tutanlar 5-8, qrup sonuncuları isə 9-12-ci yerlər uğurunda yarışacaq.

Xəbər xətti