"Sabah" legionerini komandada saxlamağı planlaşdırır - yeni müqavilə təklif etdi

21:19 - 8 May 2026

"Sabah" daha bir legioneri üçün hərəkətə keçib.

Sportal.az saytına verilən məlumata görə, Masazır təmsilçisi bu mövsüm komandaya çempionluq qazandıran heyətdəki oyunçularla bağlı qərar verməkdə davam edir.

Azərbaycan çempionu Coy-Lens Mikelsdən sonra daha bir legionerlə danışıqlara başlayıb.

"Sabah" İqor Noqeyra ilə müqavilə müddətini artırmağı planlaşdırır. Buna görə də, artıq braziliyalı futbolçuya yeni müqavilə təklif edilib.

31 yaşlı müdafiəçi “Gent”, “Fluminense”, “Fiqueyrense”, “Jil Visente”, “Mazatlan”, “Yuventude”, “Santa Klara”, “Şaviş” klublarında oynayıb.

Xəbər xətti