Misli Premyer Liqası: Çempion mükafatlandırıldı

00:21 - 18 May 2026

Misli Premyer Liqasında 2025/2026 mövsümünün mükafatlandırma mərasimi baş tutub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, "Bank Respublika Arena"da keçirilmiş tədbirdə əvvəlcə “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuşa əməkdaşlıqla bağlı xüsusi hədiyyə verilib.

Bundan sonra “Sabah” komandasına qızıl medallar və çempionluq kuboku təqdim edilib. 4 tur əvvəl çempionluğu təmin etmiş komandaya qızıl medalları AFFA-nın prezidenti Rövşən Nəcəf, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim ediblər. Ardınca “Sabah” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.

Xəbər xətti