İngiltərə klubunun ən yaxşısı türk futbolçu seçildi

13:35 - 20 May 2026

"Brayton"da ilin futbolçusunun adı açıqlanıb.

Sportal.az xəbər verir ki, İngiltərə Premyer Liqasında bu ada Türkiyə millisinin müdafiəçisi Ferdi Kadıoğlu layiq görülüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azarkeşlərin səsverməsi zamanı 26 yaşlı müdafiəçi hamını qabaqlayıb.

"Brayton" Kadıoğlunu 2024-cü ildə "Fənərbaxça"dan 30 milyon avro qarşılığında transfer edib.

O, bu mövsüm İngiltərə klubunda 41 görüşdə 1 qolla yadda qalıb.

Xəbər xətti