“Sabah”ın Laşab israrı

12:43 - 26 May 2026

“Sabah” Fransanın “Lill” klubundan Yunes Laşabı transfer etmək istəyir.

Sportal.az "Futbolpress.az"a istinadən xəbər verir ki, “bayquşlar” bir müddətdir fransalı vingerlə danışıqlar aparır. Tərəflər arasında hələ anlaşma əldə edilməyib.

“Sabah” ötən mövsüm “Lill”in B komandasından Aaron Maludanı icarəyə götürmüş, daha sonra onun transfer hüquqlarını almışdı. “Futuristlər” Laşab üçün də bu variantı nəzərdən keçirir.

Vinger bu mövsüm “Lill”in əvəzedici komandasında 12 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti