Başa çatan mövsümdə Azərbaycan çempionu olan "Sabah"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki bir neçə potensial rəqibi bəlli olub.
Sportal.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv ilk mərhələni adlayarsa, daha güclü komandalardan biri ilə qarşılaşacaq.
Belə ki, "bayquşlar" II təsnifat mərhələsində səpələnməmişlər səbətində yer alacaq.
II təsnifatın səpələnmişlər səbətində yer alacağı dəqiqləşən komandalar:
"Dinamo" (Zaqreb, Xorvatiya)
"Srvena Zvezda" (Serbiya)
"Lex" (Polşa)
"Çelye" (Sloveniya)
"Omoniya" (Kipr)
"Şemrok Rovers"(İrlandiya)
"Hapoel" (Beer-Şeva, İsrail)
I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq.
saytlarin hazirlanmasi
