"Napoli" kapitan Covanni Di Lorentsonun müqaviləsinin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İtaliya milli komandasının üzvü ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb. 33 yaşlı futbolçu ilə əvvəlki anlaşmanın müddəti 2028-ci ilin yayında başa çatırdı.
Qeyd edək ki, "Napoli" Covanni Di Lorentsoonu 2019-cu ildə "Empoli"dən transfer edib. Təcrübəli sağ cinah müdafiəçisi Neapol təmsilçisinin heyətində meydana çıxdığı 307 rəsmi matçda 20 qol və 42 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
