"Zirə"nin ötən ay "Svay Rineq"ə satdığı Junior Martins artıq Kambocada ilk titulunu qazanıb.
Sportal.az xəbər verir ki, braziliyalı yeni klubunun heyətində super kuboka sahib çıxıb.
Martinsin komandası həlledici görüşdə "Visaxa"nı 2:1 məğlub edib.
Sabiq “Zirə”li bu görüşdə meydanda olub.
Qeyd edək ki, "Zirə" braziliyalını 150 min manat qarşılığında Kamboca klubuna satıb.

saytlarin hazirlanmasi
