FIFA iyunun 1-dən sentyabrın 2-dək bütün dünyada baş tutan beynəlxalq transferlərlə bağlı məlumatları təqdim edib.
Sportal.az xəbər verir ki, futbolçuların digər ölkələrə satışından əldə olunan gəlirə görə lider Fransa olub. Fransa 1,7 milyard dollar gəlir əldə edib ki, bu da xərclədiyindən təxminən üç dəfə çoxdur.
Gəlirə görə ilk onluğa daxil olan ölkələr:
1. Fransa – 1,7 milyard dollar.
2. İngiltərə – 1,43 milyard dollar.
3. Almaniya – 1,02 milyard dollar.
4. İspaniya – 773 milyon dollar.
5. Portuqaliya – 642 milyon dollar.
6. İtaliya – 593 milyon dollar.
7. Belçika – 515 milyon dollar.
8. Niderland – 405 milyon dollar.
9. Braziliya – 212 milyon dollar.
10. Danimarka – 194 milyon dollar.
saytlarin hazirlanmasi
