Azərbaycanlı futbolçu "Qalatasaray"a keçdi - Türkiyə və Qazaxıstan yığmaları onu istəyir

11:33 - 4 Sentyabr 2026

Azərbaycanlı müdafiəçi Can Hacıyev Türkiyənin “Qalatasaray” klubu ilə müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, 17 yaşlı futbolçu növbəti iki mövsümdə İstanbul klubunun U-19 komandasında oynayacaq. Bu komanda isə UEFA Gənclər Liqasında mübarizə aparacaq. Hacıyev ötən mövsümü İsveçrənin "Sion" klubunun gənclər komandasında keçirib.

1,87 metr boyu olan gənc oyunçu sağ cinah müdafiəçisi və ya mərkəz müdafiəçisi kimi oynaya bilir. Türkiyə və Qazaxıstan futbol federasiyaları onu yığma komandaya cəlb etmək istəyiblər.

Xəbər xətti