Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi

17:34 - 4 Sentyabr 2026

Şotlandiya Premyer Liqasında avqust ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, yayda "Qarabağ"dan "Seltik"ə transfer olunan Kamilo Duran ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Kolumbiyalı forvard avqustda çempionatda meydana çıxdığı 3 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Kamilo Duran "Qarabağ"dan "Seltik"ə 5,5 milyon avro qarşılığında transfer olunub. 24 yaşlı hücumçu Şotlandiya klubu ilə 5 illik müqavilə imzalayıb.

Xəbər xətti