Super Liqa klubunun yeni baş məşqçisi açıqlandı

20:57 - 4 Sentyabr 2026

Türkiyənin "Qaziantep" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Orhan Ak çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

46 yaşlı mütəxəssislə 2026/27 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Orhan Akın son iş yeri bu ilin aprelində ayrıldığı "Eyüpspor" olub.

Xəbər xətti