"Qarabağ"ın cinah oyunçusu Jali Muaddib bir sıra xarici komandaların diqqətini çəkib.
Sportal.az azerisport.com-a istinadən xəbər verir ki, 25 yaşlı fransalı vingerlə maraqlanan klublardan biri də Xorvatiya təmsilçisi "Dinamo"dur (Zaqreb). Lakin zaqreblilər mövsüm ərzində Muaddibi izləmək niyyətində olduqlarından hələlik danışıqların aktiv fazasına keçməyə tələsmirlər.
Xatırladaq ki, Muaddib bu yay 3 illik müqavilə imzalayaraq "Qarabağ"a keçib.
saytlarin hazirlanmasi
