"Sumqayıt"ın müdafiəçisi Tyaqo Almeyda Sportal.az saytına müsahibə verib.
- "Sumqayıt" son turda "Şamaxı" ilə heç-heçə oynadı(1:1). Bu matç sizin üçün necə alındı?
- Yaxşı komandaya qarşı yaxşı oyun oldu. Düşünürəm ki, bəzi detallarda səhvlərə yol verdik. Bu da daha yaxşı nəticə qazanmağımıza mane oldu. Lakin düşünürəm ki, komanda bəzi cəhətlərdə yaxşı çıxış etdi.
- Komandanız hazırda sonuncu pillədə qərarlaşıb. Yəqin ki, bu sizin gözlədiyiniz nəticə deyil. Doğrudur? Səncə, nəyə görə belə oldu?
- Təbii ki, gözlədiyimiz nəticə bu deyildi. Amma inanıram ki, əgər komanda olaraq işləməyə və inkişaf davam etsək, bu vəziyyətdən çıxıb daha yaxşı nəticələr əldə edəcəyik.
- Növbəti turda rəqibiniz "Kəpəz"dir. Onlar yenilənmiş stadionda oynayır. Bu haqda fikriniz necədir? Rəqib meydançasında qalib gələ biləcəksiz?
- Bəli, yaxşı stadionda daha çətin bir oyun olacaq. Amma inanıram ki, komandamız ən yaxşı formada olsa, 3 xalı qazanacağıq. Həftə içində də bu oyuna hazırlaşmışıq. Uğurlu nəticə qazanmaq niyyətindəyik.
- Geridə qalan 5 turdan sonra Azərbaycan Premyer Liqası haqda fikrin necədir? Hansı fikir formalaşdı?
- Azərbaycan Premyer Liqası məndə yaxşı təəssürat yaratdı. Çoxlu yaxşı komanda və oyunçuları olan çox rəqabətli çempionatdır.
- Sumqayıtda yaşayırsan. Sumqayıta, Azərbaycana öyrəşə bilmisiz? Portuqaliya və Azərbaycan, portuqaliya və azərbaycanlılarla bənzərliklər var?
- Portuqaliya ilə oxşarlıqlar çox deyil, çünki onlar tamamilə fərqli mədəniyyətlərə malik iki ölkədir. Amma burada uyğunlaşma asan oldu, çünki bu baxımdan bizə kömək edən çox yaxşı insanlar da var və Sumqayıtda yaşamaq müsbət təcrübə oldu.
- Azərbaycana gəlişiniz necə baş tutdu? Portuqaliyadan Azərbaycana çox futbolçu gəlir. Səni cəlb edən məsələ bu idi?
- Komandanın təqdim etdiyi layihəni bəyəndim və həmçinin burada işlərin necə getdiyini mənə danışan əla portuqaliyalı həmkarım var və buna görə də bu layihəni qəbul etdim. Çünki bunun çox yaxşı bir çempionat olduğunu düşünürəm.
- "Tondela"da oynamısınız. Maraqlıdır, "Tondela"da oynadığın, hazırda Azərbaycanda çıxış etmiş kimsə var? Onlarla Azərbaycan futbolu haqda danışmısınız?
- “Tondela”da mənimlə oynayan iki komanda yoldaşım və “Çaves”də mənimlə oynayan bir futbolçu da buradadır. Hələ heç biri ilə danışmamışam. Çünki artıq mənə hər şeyi izah edən və bir müddətdir burada olan çox yaxın portuqaliyalı dostum Rikardo Fernandeslə danışmışdım.
Mirbağırağa
