Ferran Torres ən yaxşı seçildi

11:46 - 10 Oktyabr 2026

Fransa Liqa 1-də sentyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, PSJ-nin hücumçusu Ferran Torres ötən ayın ən yaxşısı adına layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

İspaniyalı forvard sentyabrda Fransa çempionatında meydana çıxdığı 3 oyunda 2 qol vurub.

Qeyd edək ki, PSJ Ferran Torres-i mövsümün əvvəlində Barselonadan 48,5 milyon avroya transfer edib.

Xəbər xətti