Millimizin üzvü Rumıniyada növbəti matçına çıxdı

23:52 - 23 Oktyabr 2026

Rumıniya futbol Superliqasında 13-cü tura start verilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” səfərdə “Botoşani” ilə qarşılaşıb. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hüseynov matçın 72-ci dəqiqəsində, bütün qollar vurulduqdan sonra meydana daxil olub.

Hazırda “Petrolul” 23 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti