Komanda bu kuboka da sahib çıxdı
Fransa superkubokunun qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, finalda son çempion PSJ və ölkə kubokunun qalibi "Bordo" üzü-üzə gəlib. Oyunda hesabı 38-ci dəqiqədə "Bordo" açsa da, üstünlüyünü sona qədər qoruya bilməyib və meydandan 2:1 məğlub ayrılıb. Komandanın yeganə qoluna Anri Seve imza atıb. PSJ-yə qalibiyyət gətirən qolları isə Hervin Onqenda və Aleks vurub.
saytlarin hazirlanmasi