Fransa çempionatı: Son çempion mövsümə xal itkisi ilə başladı

01:35 - 10 Avqust 2013

PSJ səfərdə "Monpelyer"in qonağı olub

 

Bu gün Fransa çempionatına start verilib.

Sportal.az xəbər verir ki, mövsümün ilk qarşılaşmasında son çempion PSJ bir il əvvəlki mövsümün qalibi "Monpelyer"ə qonaq olub.  Meydan sahibləri oyun əvvəllərində Kabella ilə önə keçsə də, bu üstünlüyü sona qədər qoruya bilməyib. Matçın 60-cı dəqiqəsində qonaqların müdafiəçisi Maksvel hesabı bərabərləşdirib. Qarşılaşmada başqa qol olmayınca, komandalar hərəyə bir xal qazanmaqla kifayətləniblər.

 

"Monpelyer"-PSJ 1:1

Qollar: Kabella,10, - Maksvell,60

Xəbər xətti